BAKI, 5 iyun. TELEQRAF

Dünya Ətraf Mühit Gününü nümunəvi şəkildə təşkil etdiyi üçün Azərbaycana təşəkkür edirik.

Teleqraf xəbər verir ki, bunu Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib.

O bildirib ki, Serbiya iqlimlə bağlı qarşıda dayanan çağırışları uğurla həll edir.

"Problemlər isə sərhədlərimizi aşır. İqlimə dayanıqlı və davamlı gələcək yaratmalıyıq. Bu tədbir gələcək nəsillər üçün bir örnəkdir. Serbiya bundan ilhamlanacaq və 2027-ci ildə Dünya Ətraf Mühit Gününün daha böyük tədbirə çevrilməsi üçün çalışacaq.

Belqradda keçiriləcək EXPO 27 çərçivəsində də bu məsələlərin əhəmiyyəti vurğulanacaq. Bu, Serbiyanın qlobal gündəliyin aktiv iştirakçısı olacağını göstərir", - o əlavə edib.