BAKI, 15 may. TELEQRAF
Respublika Seysmoloji Xidmət Mərkəzi Oksford universiteti ilə paleoseysmoloji tədqiqatlar aparır.
Teleqraf xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda Konfransda deyib.
O bildirib ki, vaxtilə Salyan, Göyçay, Ağsu, Şamaxı zəlzələsi 7.5, 7.6 və s. gücdə zəlzələlər olub.
"Həmin dövrlərdə elm o qədər inkişaf etmədiyi üçün biz onların gücünü bilmirdik. 1902-ci ildə baş verən zəlzələnin həmin vaxt 6.9 bal gücündə olduğu təxmin edilirdi. Sonrakı tədqiqatlarda isə əslində 7.4 bal gücündə olduğu məlum oldu", - o vurğulayıb.