BAKI, 8 may. TELEQRAF

2025-ci ildə böyük beta-talassemiya diaqnozu ilə 6 körpə dünyaya gəlib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, nikahdan əvvəl müayinələrin aparılması nəticəsində bu göstəricinin uzunmüddətli dövrdə azalma meyli qorunur.