BAKI, 6 aprel. TELEQRAF
Sumqayıtda dəm qazından zəhərlənən və virus aşkarlanan ailədəki uşaqların vəziyyəti açıqlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir.
"Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.
Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində bir ailədə 6 nəfər dəm qazından zəhərlənib. Ailənin bütün üzvləri evə buraxıldıqdan sonra dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu ilə yenidən xəstəxanaya yerləşdiriliblər.