BAKI, 16 mart. TELEQRAF
2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 38,8 min ailəyə 40,3 min uşağın anadan olmasına görə, birdəfəlik müavinətlər verilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statisika Komitəsi məlumat yayıb.
Bildirilib ki, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,7 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,1 min nəfərə də birdəfəlik müavinətlər verilib.