BAKI, 16 mart. TELEQRAF
Xəzər dənizində növbəti zəlzələ olub.
Teleqraf xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, 3.3 maqnitudalı zəlzələ yerli vaxtla 13:18-də baş verib.
Zəlzələnin dərinliyi 74 km olub.
***
11:27
Xəzər dənizində zəlzələ olub.
Teleqraf xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 05:57-də qeydə alınıb,
3.1 maqnitudalı zəlzələ 74 km dərinlikdə baş verib.