BAKI, 11 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib.
Teleqraf xəbər verir ki, müşavirədə Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Yanğın Nəzarəti İdarəsinin və Bərdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların vəzifəli şəxsləri iştirak ediblər.
Tədbirdə 2025-ci il ərzində rayon ərazisində yanğın nəzarəti sahəsində görülən işlər və aparılan yanğın-texniki müayinələrin nəticələri müzakirə olunub, müxtəlif təyinatlı obyektlərin yanğına qarşı vəziyyəti, mövcud problemlər və onların həlli yollarından söz açılıb, çatışmazlıqların aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyət istiqamətlərindən bəhs edilib.
Müşavirədə yanğın təhlükəsizliyi ilə bağlı hazırlanmış birgə fəaliyyət planı barədə məlumat verilib, yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin vacibliyi, eyni zamanda bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Qarşıdan gələn yaz-yay mövsümü ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi də xüsusi qeyd olunub.
.jpg)
.jpg)