BAKI, 6 mart. TELEQRAF
Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı Mərkəzi tərəfindən 2026-cı ilin fevral ayı ərzində 5329 zəng cavablandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə DMX məlumat yayıb.
Bildirilib ki, qəbul edilən zənglərin 1777-i müvəqqəti yaşama icazəsi, 83-ü müvəqqəti olma müddətinin uzadılması, 328-i vətəndaşlıq məsələləri, 434-ü olduğu yer üzrə qeydiyyat, 366-ı daimi yaşama icazəsi, 813-ü iş icazəsi, 205-i inzibati xəta ilə bağlı olub.
1323-ü isə digər məsələlərlə bağlı olub.