BAKI, 27 fevral. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında (MMQ) stolüstü tennis yarışı keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İki gün davam edən yarışın baş hakimi Kamran Əliyev olub.

Yarışın nəticələrinə əsasən, Quba komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci yerə, Lənkəran komandası ikinci yerə, Şirvan komandası isə üçüncü yerə layiq görülüb.

Şəxsi yarışlarda Quba komandasının üzvləri baş çavuş Osman Arginski 1-ci yerə, çavuş Ayaz Piriyev 2-ci yerə, Səngəçal komandasının hərbi qulluqçusu gizir Aslan Xanbıyev isə üçüncü yerə sahib olub.

Qaliblər kubok, diplom və medallarla mükafatlandırılıb, fəxri fərmanla təltif olunublar.