BAKI, 25 fevral. TELEQRAF

Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, fond tərəfindən fevralın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişinin yekunlaşdırılması nəzərdə tutulub.