BAKI, 24 fevral. TELEQRAF

Cari ilin fevral ayının 19-dək amnistiya tətbiq edilən şəxslərin sayı 18355 nəfər olub.

Teleqraf xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev “Amnistiya aktı: dövlət humanizminin ifadəsi” adlı seminarda deyib.

O bildirib ki, azadlıqdan məhrum etmə cəzasından azad edilənlər 5638 nəfər olub.

"Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlər, qadınlar, əlillər, 18 yaşına çatmayanlar və s. şəxslərin sayı 572 nəfər, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş şəxslərin sayı 96 nəfər olub", - o əlavə edib.