BAKI, 20 fevral. TELEQRAF

Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Konfransının keçirilməsinə 500 min manat manat xərclənilib.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda Azərbaycan Hakimlər İttifaqının müavini Ələddin Cəfərov deyib.

O, bildirib ki, 2025-ci il üzrə Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Konfransının keçirilməsinə 500 min manat, Azərbaycan hakimlərinin 28 fevralda keçirilmiş forumunun təşkili üçün 79 min 350 manat vəsait xərclənib.

Müavin əlavə edib ki, vəfat etmiş hakimlərin ailələrinə, xəstə hakimlərə və maddi yardıma ehtiyacı olanlara 14 min 350 manat dəstək göstərilib.

Eyni zamanda hakimlərin ingilis dili biliklərinin artırılması məqsədilə ixtisasartırma kurslarına 3 min manat vəsait xərclənib.

Qeyd olunub ki, apellyasiya və kasasiya məhkəmələrində kommersiya mübahisələrinə dair işlərə baxan 10 hakimin Astana şəhərinə ezam edilməsinə 19960 manat, Türkiyədən Azərbaycana səfər etmiş hakimlər üçün 10 500 manat, vəfat edən hakimlərin ailələrinə xərclənən yardımlara görə 14 300 manat, hakimlərin ingilis dili səviyyələrinin artırılması istiqamətində ixtisasartırma kurslarına 3 100 manat, “Femida” könüllüləri iıə əməkdaşlığa 6000 mamat, hakimlərin futbol turnirinin keçirilməsinə 15 400 manat xərclənib.

Qurum rəsmisi vurğulayıb ki, vəsaitin digər hissəsi texniki avadanlıqların alınmasına, dəftərxana xərclərinə, təqaüdə çıxan hakimlərə hadiyyələrjn alınmasına və sair istiqamətə xərclənib.