BAKI, 20 fevral. TELEQRAF
"Məhkəmələr kağız daşıyıcılardan imtinaya hazırlaşır. Tam elektron icraata keçid kağız daşıyıcılardan imtina üzərində qurulub".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin ikinci Forumunda Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev deyib.
Onun sözlərinə görə, bəzi sübutlar ölçü və məzmun baxımından fiziki olaraq təqdim ediləcək: "Elektronlaşdırma zamanı işə hansı məhkəmə tərəfindən baxılmasının fərqi qalmadığı üçün hakimlər arasında bərabər iş yükü yaranacaq. Nəticədə məhkəmə üçün data bazası formalaşacaq".
Sənan Hacıyevin sözlərinə görə, məhkəmələrdə inzibati və mülki işlər üzrə tam elektron icraata keçidlə bağlı qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb. Hazırda müvafiq orqanlarla razılaşdırma mərhələsindədir.
O bildirib ki, rəqəmsallaşmanın həyata keçirilməsi üçün kompleks tədbirlərə ehtiyac var: “2014-cü ildən Elektron Məhkəmə İnformasiya Sisteminin tətbiqinə başladıq. 10 ildən artıq müddət keçib. Bizi daha böyük yol gözləyir. Onu da vurğulayım ki, həmin vaxt hakimlərimiz daha çox konservativ idilər, yeniliklərə açıq deyildilər. Buna görə də çox zamanımız getdi. Hakimlərimizim həmin müddətdə EMİS görə tədrisə ehtiyacı var idi”.