BAKI, 19 fevral. TELEQRAF
Hindistandan idxal olunan 4500 ədəd “Pregnola” əmtəə nişanlı bioloji aktiv qida məhsulu məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “Beneva” MMC-nin Hindistandan idxal etdiyi “JMB Pharmaceutıcals” müəssisəsinin istehsalı olan 4500 ədəd “Pregnola” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (01.05.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) müayinələrə cəlb olunub.
Sınaq nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən edilib və Agentlik tərəfindən məhv edilib.