BAKI, 18 fevral. TELEQRAF

“Bir neçə ildir ki, Azərbaycan dilinin orfoepiya lüğəti üzərində iş gedir”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Medianın dili elmi müzakirə müstəvisində” adlı keçirilən konfransda çıxışı zamanı bildirib.

İsa Həbibbəyli vurğulayıb ki, 2026-cı ilin sonunadək orfoepiya lüğəti hazır olacaq.