BAKI, 16 fevral. TELEQRAF
Cari ilin yanvar ayında Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən 5376 şəxsin ölümü qeydə alınıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 2548-i qadın, 2828-i isə kişi olub.
"Həmçinin vəfat edənləri 32 nəfəri 1 yaşadək, 15 nəfəri 1-5 yaş, 7 nəfəri 5-10 yaş, 28 nəfəri 10-18 yaş, 31 nəfəri 18-25 yaş, 80 nəfəri 25-35 yaş, 529 nəfəri isə 35-55 yaş aralığında, qalanları isə 55 yaşdan yuxarıdır", - məlumatda qeyd olunub.