BAKI, 3 fevral. TELEQRAF
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Zəngilan rayonunun Ağalı kəndində fəaliyyət göstərən, “Xan Çinar 2020” MMC-yə məxsus çörək və unlu məmulatların emalı müəssisəsində yoxlama keçirib.
Teleqraf xəbər verir ki, bu barədə AQTA nəlumat yayıb.
Bildirilib ki, baxış zamanı müəssisədə istifadə müddəti bitmiş bir sıra xammal məhsulları aşkarlanıb.
"Həmçinin qida məhsullarının donunun açılması prosedurunun normalara uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib. İstehlaka yararsız qida məhsullarının dövriyyədən çıxarılaraq məhv edilməsinə dair müvafiq qərar qəbul edilib", - məlumatda qeyd olunub.