BAKI, 27 yanvar. TELEQRAF
2025-ci ildə 16827 vətəndaş özünüməşğulluq proqramı ilə əhatə olunub.
Teleqraf xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair mətbuat konfransında deyib.
O bildirib ki, 2017-ci ildən bəri 100 mindən çox insan bu proqramla əhatə olunub.
Hasil Abbasov vurğulayıb ki, ötən il agentlik tərəfindən 218 əmək yarmarkası təşkil edilib. Bu yarmarkalarda 2200-dən çox işəgötürən 18 mindən çox vakansiya ilə iştirak edib.
"Hazırda ümumilikdə vakansiya bankında 60 mindən çox vakansiya mövcuddur".