Azərbaycanda bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 974-ü ali, orta ixtisas, peşə və orta təhsilə malikdir. İlkin məlumatlara əsasən, 2026-cı ilin əvvəlinə ölkədə fəaliyyət göstərən 1708 dövlət və 164 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 115 min uşaq tərbiyə alır.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2025/2026-cı tədris ilinin əvvəlinə ölkənin 4160 dövlət və 35 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb. Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 21,6 faiz olub.