BAKI, 30 dekabr. TELEQRAF
Həcc ziyarətinə sənəd qəbulu 2026-cı ilin fevralın 15-də dayandırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb.
Onun sözlərinə görə, sənəd qəbulunun tez başa çatması Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin qoyduğu tələblə bağlıdır:
"Onlar bu il bütün prosedurların erkən bitməsini tələb edirlər. Bu tələb sadəcə Azərbaycana aid deyil, bütün dünya ölkələrinə şamil edilir.
Həmçinin qeyd edim ki, Yeni ilin ilk iş günü, yəni yanvarın 5-dən etibarən qeydiyyat davam edəcək, vətəndaşlar gəlib prosesdə iştirak edə bilərlər. Kvota dolmasa belə, qeydiyyat fevralın 15-də dayandırılacaq", - o əlavə edib.