BAKI, 11 dekabr. TELEQRAF

Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bldirilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.