BAKI, 5 dekabr. TELEQRAF

Həm davam edən yağmurlu hava şəraiti, həm də həftəsonu olduğu üçün paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Məlumata görə, sıxlığın azaldılması məqsədilə yol polisi əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür.

Texniki nasaz avtomobillər yolda qaldıqda, yol-nəqliyyat hadisələri baş verdikdə dərhal əraziyə evakuatorlar cəlb olunaraq nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri həyata keçirilir.

Hal-hazırda yollardakı vəziyyət:

1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

5. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

9. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

12. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

13. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

15. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.