"Gün keçdikcə süni intellekt dezinformasiyaların yayılmasına daha çox təkan verir".

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın PostTV teleşirkətinin analitik qrupunun nümayəndəsi Qiya Abaşidze “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda keçirilən Azərbaycan-Gürcüstan Media Forumunun ikinci panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, media savadlılığı daim inkişaf yolunda olmalıdır. "İnformasiya nənə-babaların da başa düşə biləcəyi formada olmalıdır, hər kəsə xitab etməlidir. Bəzən bir professor, alim elə gülünc bir çıxış edir ki...Media savadlılığı olan insan düşünməlidir ki, bir professor elə gülünc çıxış edə bilməz", - o vurğulayıb.