BAKI, 5 dekabr. TELEQRAF
“Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin əmək nazirləri vurğulayıblar ki, dövlətlərin sosial müdafiə sistemləri, əmək və məşğulluq sahəsində təcrübə mübadiləsi, eləcə də inklüzivliyin təmin edilməsi üzrə birgə fəaliyyətlərin davam etdirilməsi vacibdir”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
O bildirib ki, bu məqsədlə imzalanan bəyannamənin əsas hədəfi əmək və məşğulluq istiqamətində əməkdaşlığın gücləndirilməsidir: “Sənədə əsasən, bu sahədə görüləcək işlərin əlaqələndirilməsi üçün İşçi Qrupu yaradılacaq və fəaliyyətini davam etdirəcək”.