BAKI, 5 dekabr. TELEQRAF

“Sənəd türk dünyası boyunca mobilliyin artırılması, bacarıqlar üzrə əməkdaşlığın dərinləşdirilməsi və ümumi rifahın təşviqi üçün güclü siyasi əsas yaradır”.

Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev quruma üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin ilk iclasında deyib.

O, Azərbaycana ev sahibliyi etdiyi, həmçinin Bəyannamənin qəbuluna yol açan müzakirələri asanlaşdırdığı üçün təşəkkür edib:

“Bu sənəd üzv dövlətlərimizin əməkdaşlığın genişləndirilməsi, siyasətlərin koordinasiyasının gücləndirilməsi və qlobal çağırışlara cavab verə biləcək müasir əmək və sosial müdafiə sisteminin qurulması ilə bağlı ortaq baxışını əks etdirir”.