BAKI, 25 noyabr. TELEQRAF

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən 4 nəfər könüllü olaraq özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, 1 nəfər isə Yeni Klinikaya təxliyə olunub.

Hazırda xəsarət alan şəxslərdən heç kimin müalicəsi Kliniki Tibbi Mərkəzdə aparılmır.

Xatırladaq ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin – Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.