BAKI, 16 oktyabr. TELEQRAF
Bu ilin ilk 9 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 16398 əcnəbi müvəqqəti yaşama icazəsi üçün müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, 1167 müraciət müvəqqəti yaşama müddətinin uzadılması üzrə olub.
Həmçinin müraciətlərin 3818-i vətəndaşlıq məsələləri, 6257-si olduğu yer üzrə qeydiyyat, 3250-si daimi yaşama icazəsi, 6774-ü iş icazəsi, 2252-si inzibati xəta, 15765-i isə digər məsələlərlə bağlı olub.