BAKI, 6 oktyabr. TELEQRAF
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-nin Solt-Leyk-Siti şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Ümumdünya Qurultayında iştirak edib.
Bu barədə Teleqraf-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
QMİ sədri qeyd edib ki, Amerika Birləşmiş Ştatları və Azərbaycanın dini konfessiyaları arasında yaranmış dostluq əlaqələri bizim üçün olduqca dəyərlidir.
"Qarşılıqlı səfərlərimiz, birgə tədbirlərimiz, təşəbbüskarı olduğumuz müştərək layihələr mənəvi əhəmiyyət kəsb edir, xalqlarımızın mənafeyinə xidmət edir".
O bildirib ki, Azərbaycan xalqı Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində ABŞ-nin davamlı səylərini yüksək dəyərləndirir.
Konfransdan sonra Şeyxülislam Yuta Ştatının Senat sədri Adam Stüartla görüşüb.