BAKI, 3 oktyabr. TELEQRAF

Cari ilin ilk 9 ayı ərzində 72 min 672 uşaq doğulub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 38 min 564-ü oğlan, 34 min 108-i qız olub.