BAKI, 2 oktyabr. TELEQRAF
Bu gündən saat 11:00-dan etibarən 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir.
Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.
Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.