AĞDAM. 27 sentyabr. TELEQRAF

27 Sentyabr - Anım günü işğaldan azad edilmiş Ağdamda ağacəkmə aksiyası keçirilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Anım günü ilə əlaqədar Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Ağdam, Füzuli və Xocavənd rayonlarında Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, məskunlaşmış Ağdam sakinləri, məktəblilər Ağdamda fəaliyyət göstərən şirkət nümayəndələri birlikdə rayonun Sarıcalı kəndində 100 ədəd Sərv ağacı əkərək ağacəkmə aksiyasını həyata keçiriblər.