BAKI, 24 sentyabr. TELEQRAF
Bu gün elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının mədəniyyət və innovasiya naziri Balazs Hanko ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.