BAKI, 24 sentyabr. TELEQRAF

Bu gün 11 illik təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisas seçimi başlayır.

Teleqraf xəbər verir ki, ixtisas seçimi sentyabrın 24-dən 28-dək həyata keçiriləcək.

İxtisas seçimi ilə bağlı ətraflı məlumatın əks olunduğu "Abituriyent" jurnalının 11-ci nömrəsi artıq nəşr olunub.

Jurnalın bu nömrəsində 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.

Jurnalı Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal