BAKI, 22 sentyabr. TELEQRAF

"Prokurorluğun müstəqilliyi məsələsi böyük önəm kəsb edir. Azərbaycan Respublikasının Baş Prokurorurluğu müstəqil qurumdur, bu isə qanunun aliliyinin təmin olunması deməkdir.

Teleqraf xəbər verir ki, bunu Keniyanın Baş prokuroru Renson İngonga Bakıda keçirilən beynəlxalq konfransda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, eyni vəziyyət Keniya üçün də keçərlidir.

"Konstitusiyamıza görə, Baş Prokurorluq və Baş Prokuror müstəqil səlahiyyət daşıyır. Yəni prokuror öz səlahiyyətlərini heç bir şəxsin və ya qurumun göstərişi və müdaxiləsi olmadan icra edir. Bu isə vətəndaşların hüquqlarının qorunması baxımından olduqca vacibdir.

Keniya Baş Prokurorluğu ölkədə bütün cinayət təqibinə nəzarət edir. Buna cinayət işlərinin başlanması, hökm çıxarılanadək işlərin geri götürülməsi və istənilən cinayət işinə müdaxilə edərək onu öz üzərinə götürmək daxildir.

Bu faktın özü göstərir ki, Baş Prokurorluq müstəqildir və qərar qəbul edərkən heç bir xarici göstəriş və ya təsir altında deyil. Bu müstəqillik sayəsində cinayət məhkəmələrində istər zərərçəkmişin, istərsə də təqsirləndirilənin hüquqları həmişə qorunur".