BAKI, 18 sentyabr. TELEQRAF
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dərslər onlayn formata keçirilib.
Bu barədə Teleqraf-a universitetdən məlumat verilib.
Bildirilib ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar 19 sentyabr tarixində Səbail rayonu İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşən əsas tədris binasında keçirilməsi nəzərdə tutulan bütün dərslər onlayn formata keçirilib.