BAKI, 16 sentyabr. TELEQRAF

Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, bu, qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.