Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədi ilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.
Teleqraf xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, qrupların komplektləşdirməsi prosesi 1-15 sentyabr tarixlərini əhatə edəcək.
Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam etdiriləcək.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az portal vasitəsi ilə elektron formada həyata keçirilir.