BAKI, 25 avqust. TELEQRAF

İyul ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 870 600 nəfərdən çox olub.

Bu barədə Teleqraf-a Dövlət Sosial Müdafiə Fondu məlumat verilib.

Bildirilib ki, onların 465 700 nəfərdən çoxunu aylıq sosial müavinət, 404 900 nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.