BAKI, 25 avqust. TELEQRAF

Britaniyalıların 70%-dən çoxu hesab edir ki, Baş nazir Kir Starmerin rəhbərlik etdiyi hökumət qanunsuz miqrantların hotellərdə yerləşdirilməsindən yaranan böhranla pis mübarizə aparır.

Teleqraf xəbər verir ki, bunu “YouGov” şirkətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.

Araşdırmada iştirak edən 2150 nəfərdən 71%-i hazırkı hakimiyyətin bu sahədə yaranmış vəziyyəti pis həll etdiyi qənaətindədir. Respondentlərin cəmi 11%-i əks fikirdədir.

Sorğuda iştirak edənlərin yalnız 9%-i hesab edir ki, hakimiyyətdə olan Leyboristlər Partiyası qanunsuz miqrasiya problemi ilə ən yaxşı şəkildə mübarizə apara bilər. Respondentlərin böyük hissəsi - 31%-i hesab edir ki, bu sahədə mövcud vəziyyəti sağçı-populist “Reform UK” partiyası ən effektiv şəkildə aradan qaldırmaq qabiliyyətinə malikdir.