TOVUZ, 20 avqust. TELEQRAF

Tovuz rayonunda qidadan zəhərlənən şəxslərin kimliyi məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2021-ci il təvəllüdlü Ramil Tağıyev, onun qardaşı 2024-cü il təvəllüdlü Kamal Tağıyev, həmçinin 2002-ci il təvəllüdlü Nurtac Tağıyeva və 2010-cu il təvəllüdlü Eltac Tağıyev qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, həmin şəxslərin dönərdən zəhərləndiyi ehtimal olunur. Hadisə rayonun Əyyublu kəndində baş verib.

***

22:54

Tovuz rayonunda dönərdən zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.

İlkin məlumata görə, bir neçə nəfər dönərdən zəhərlənib. Həmin şəxslər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.