BAKI, 8 avqust. TELEQRAF

Bu gün saat 07:40 radələrində “Bakı Metropoliteni”nin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə dərhal briqada cəlb olunub.

Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2,200 qram olan oğlan uşağı dünyaya gəlib.

Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.

***

09:44

BAKI, 8 avqust. TELEQRAF

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin doğulan körpə üçün xüsusi hədiyyələri olacaq. Lakin bu hədiyyələr və ya imtiyazla bağlı indi konkret nə isə demək tezdir".

Bu barədə Teleqraf-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Qeyd edək ki, uşaq metronun platformasında dünyaya gəlib. Hadisə zamanı “Bakı Metropoliteni”nin əməkdaşları və vətəndaşlar orada olub.

***

8:57

Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.

Teleqraf xəbər verir ki, hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.

Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın övladını sağlam şəkildə dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.