BAKI, 29 iyul. TELEQRAF

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün iyulun 26-27-də keçirilən vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib.

Bu barədə Teleqraf-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 32 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.