BAKI, 29 iyul. TELEQRAF

Xəzər dənizində 3 ballıq zəlzələ olub.

Teleqraf xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 05:07-də baş verən zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.