BAKI, 27 iyul. TELEQRAF

Xəzər dənizində 3,2 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Bakı vaxtı ilə saat 05:46-da baş verib.

Zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib.