BAKI, 24 iyul. TELEQRAF

Cari ilin birinci yarımilində prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib.

Teleqraf xəbər verir ki, bu barədə Baş Prokurorluqda cari ilin birinci yarısında görülən işlərin yekunları və qarşıda duran vəzifələrə dair geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.