BAKI, 22 iyul. TELEQRAF
İyulun 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Bu barədə Teleqraf-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Ceyrançöldə 6, Gədəbəydə 2, Şəmkir və Ağstafada 1 mm-dir.
İyulun 21-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Gəncədə 24, Ceyrançöl və Culfada 22, Şəkidə 20, Goranboyda 19, Naftalan və Mingəcevirdə 16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 39, dağlıq rayonlarda 32, Aran rayonlarında isə 41 dərəcəyədək isti qeydə alınır.