BAKI, 14 iyul. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 xilasetmə əməliyyatı keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 9 nəfərə müvafiq köməklik göstərilib.