BAKI, 10 iyul. TELEQRAF

Növbəti ildə qrant müsabiqə ilə özəl bağçalarda təhsil alanların sayını 5000 nəfərə çatdırmağı planlaşdırırıq.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.

O bildirib ki, ilkin olaraq qrant müsabiqə ilə özəl bağçalarda təhsil alan uşaqların sayı 1500 nəfər çatdı.

"Biz bunu pilot layihə kimi başlamışdıq. Növbəti ildə məqsədimiz bu sayı 5000 nəfərə çatdırmaqdır", - nazir əlavə edib.