BAKI, 7 iyul. TELEQRAF

2024-2025-ci tədris ili ərzində orta ixtisas təhsili müəssisələrində fəaliyyətin təhlili və qiymətləndirilməsi məqsədilə monitorinqlər aparılıb.

Teleqraf xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin 2024-2025-ci il tədris ilinə dair hesabatında yer alır.

Bildirilib ki, monitorinqlərin nəticələrinə əsasən idarəetmənin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb və rəhbər heyətin yenilənməsi prosesi davam etdirilib.

Bu çərçivədə müxtəlif kolleclərə ümumilikdə 20 nəfər direktor və direktor müavini vəzifələrinə təyinat həyata keçirilib.