BAKI, 27 iyun. TELEQRAF

İyunun 27-də yerli vaxtla saat 8:59-da Qaxda zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, təkanlar Zaqatala stansiyasından 27 km cənub-şərqdə Qax rayonunda qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,3, dərinliyi 19 km olub.

Zəlzələ hiss olunmayıb.